Meksikada ac ayı şəhərə enərək zibillikdə yemək axtarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bölgə sakinləri tərəfindən görüntülənən ayı sosial mediada xeyli izləmə sayı toplayıb. Sosial mediada ayının yemək axtardığı görüntülərinə münasibət bildirən bir çox insan tikinti nəticəsində dağlıq ərazilərin insan tərəfindən zəbt edilməsindən vəhşi heyvanların narahat olduğunu bildirib, bəziləri isə gecə zibillərini çöldə qoyanları günahlandırıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə