Amerika hakimiyyəti Vaşinqtonun Rusiyaya qarşı gördüyü tədbirləri “rus xalqına zərər verməmək üçün” istəyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patelin bəyanatında deyib.
Belə ki, o, Ukrayna hakimiyyətinin “Yeddilik” (G7) ölkələrinə ruslara viza verilməsini dayandırmaq imkanını nəzərdən keçirmək çağırışına reaksiya verib. Patelin sözlərinə görə, ABŞ açıq şəkildə bildirib ki, bu hərəkətlər Rusiya xalqına zərər verməməli və ya elə də bir təsir göstərməməlidir: “Bizim onunla bu məsələdə fikir ayrılığımız yoxdur”,
Patelin bunu brifinq zamanı deyib.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Qərbin bütün Rusiya vətəndaşlarının öz ərazisinə daxil olmasını qadağa qoyulmasını istəmişdi. Bundan sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “bütün Aİ və G7 ölkələrini ruslara viza verilməsini dayandırmağa” çağırmışdı
Bunun fonunda Estoniya hökumətinin başçısı Kaja Kallas ruslara Avropa İttifaqı ölkələrinə turist vizalarının verilməsinin qadağan edilməsini zəruri hesab etdiyini bildirmişdi. Onun fikrincə, Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır.
Belə ki, Kallas Rusiyada turizmə son qoymağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB