Finlandiya layihəni dondurmaq istəyir

Finlandiya layihəni dondurmaq istəyir

Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Skinnari Ukraynadakı hərbi əməliyyatlara görə ölkəsinin Rusiyaya doğru tikiləcək yüksək sürətli Şərq Dəmir Yolu qatar xəttinin tikintisi planlarına yenidən baxmalmasını təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir vurğulayıb ki, layihə və layihə şirkətinin işi “dayandırılmalı” və ayrılan vəsait ölkə daxilində digər istiqamətlərdə dəmir yolu xəttinin tikintisinə yönəldilməlidir.

Eyni zamanda o, bu məsələnin nə özünün Sosial Demokrat Partiyasında, nə də ölkə hökumətində hələ müzakirə olunmadığını da bildirib.

Qeyd edək ki, Finlandiyanın Nəqliyyat və Rabitə naziri Timo Haraka hələ ki, Skinnarinin təklifini şərh etməyib.

Onu da bildirək ki, Şərq Dəmir Yolu layihəsinin tikintisi Şərqi Finlandiya ilə Helsinki arasında nəqliyyat əlaqələrini yaxşılaşdırmaq, həmçinin Rusiya ilə turizm və ticarətin inkişafına dəstək vermək məqsədi daşıyırdı.

...Əvvəlcə 1,7 milyard avro dəyərində qiymətləndirilən layihə, sonradan artmalı idi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə