Malidә error nәticәsindә hәlak olan hәrbçilәrin sayı artıb

Malidә error nәticәsindә hәlak olan hәrbçilәrin sayı artıb

Avqustun 7-də Malinin Qao bölgəsində törədilən terror aktında həyatını itirən əsgərlərin sayı 42-yə yüksəlib.

Hökumətdən verilən yazılı açıqlamada DEAŞ-a tabe olan terror qruplaşmalarının Ansonqo rayonunun Tessit kəndində həyata keçirdiyi hücumda həyatını itirən əsgərlərin sayının 42-yə yüksəldiyi qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, hücumda 22 əsgərin yaralandığı, 37 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Hücumla əlaqədar avqustun 10-da 3 günlük milli matəm elan edilib.

Xatırladaq ki, bazar günü terror aktı nәticәsindә 17 əsgərin həlak olduğu bildirilmişdi.

Qeyd edәk ki, Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a tabe olan qruplaşmaların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə