Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qardaşı Georgi həkimlərin qardaşənda 17 xəstəlik aşkarladıqlarını bildirib. Georginin dediyinə görə, qardaşı Mixail 11 kiloqram arıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
“...Səhv etmirəmsə, onun 14 diaqnozu var və son günlər daha üç diaqnoz qoyulub” deyən Georgi qardaşının xaricdəki klinikaya köçürülməsinə ehtiyac olduğunu bildirib.
Bunun üçün vəziyyəti Saakaşvilinin gəlişini gözlədiyi xarici ekspertlər öyrənməlidir.
Bu gün qardaşının 11 kiloqram arıqladığını deyən Georgi Mixailin neçə müddətdən bəri heç nə yemədiyini də bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili hazırda uzun sürən aclıq aksiyasından sonra Tbilisidəki özəl klinikalardan birində müalicə alır.
Ötən ayın sonunda onun vəkili Valeri Qelbaxiani Mixail Saakaşvilinin Gürcüstan siyasətindən getdiyini və rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasını tərk etməyi planlaşdırdığını açıqlamışdı. “Bu gün onun əsas vəzifəsi sağlamlığının qayğısına qalmaq, mümkün təhlükədən, ölümdən xilas olmaqdır”, - deyə vəkil bildirib.
Xatırladaq ki, ötən ilin payızında səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdan Saakaşvili həbs edilmişdi. Onu da qeyd edək ki, o, bankirin qətli və deputatın döyülməsi işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB