Yaponiyanın Kitakyuşu şəhərindəki tarixi bazarda baş verən yanğın böyük panikaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tanqa İçiba adlanan ticarət kompleksində bir iş yerinin mətbəxində yanğın baş verib. Qısa müddətdə əraziyə çatan 40 yanğınsöndürən maşını və onlarla şəxsi heyət alovu idarə etmək üçün səfərbər olub.
Bölgədəki kinoteatrlara sıçrayan alov təxminən 6 saatlıq işdən sonra söndürülərkən, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Yanğında 100 illik bazarın 2000 kvadratmetr sahəsinin yararsız hala düşdüyü öyrənilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB