Rusiyanın Alyaskadan qayıtmaq imkanı yoxdur?

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı iki Rusiya müşahidə təyyarəsinin Alyaska yaxınlığında müşahidə apardıqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idarənin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunur ki, təyyarələr son iki gündə görünüb. Hərbçilərin bildirdiyinə görə, onlar Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olub və orada müşahidə aparıblar.

Amma qeyd edilməlidir ki, təyyarələr ABŞ və Kanadanın hava sərhədlərini keçməyiblər.

Xatırladaq ki, bundan əvvəl Amerikanın “Popular Mechanics” jurnalı Rusiyanın hazırda Alyaskanı geri qaytarmaq üçün hərbi imkanlara malik olmadığını yazmışdı.

Onlar xatırladıblar ki, hazırda Alyaskada 36 beşinci nəsil F-22 Raptor qırıcısı və 54 F-35 Lightning II təyyarəsi var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə