Bakıda gənc oğlan və qızı avtomobil vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu parkının yaxınlığında qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliquliyev Fuad Əfəndi oğlu və 1992-ci il təvəllüdlü Həsənova Turanə Vaqif qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Yaralılar ağır bədən xəsarətləri aldığından Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə