Stavropola gələn əmək miqrantlarının sayı...

“FinExpertiza” audit və konsaltinq şəbəkəsinin məlumatına görə, Stavropol diyarı Şimali Qafqazda əmək miqrantlarının sayına görə lider olub.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, analitiklər hesab edir ki, ilk 6 ayda bölgəyə Şimali Qafqazdan 15 378 nəfər miqrant gəlib.

İkincisi yerdə Dağıstandır. Rəsmi məlumata görə, Stavropol diyarına miqrant kimi gələn dağıstanlıların sayı təqribən 13512 nəfərdir.

Bölgəyə Çeçenistandan o biriləri ilə müqayisədə daha az əmək miqrantı gəlib - cəmi 1284 nəfər.

Qeyd olunur ki, ötən ilin göstəriciləri ilə müqayisədə əmək miqrantlarının sayında ümumi artım 78 faiz təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə