Kiyevin ruslarla bağlı yeni sanksiyaları...

Sanksiya siyahılarının tərtibinə cavabdeh olan Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi 362 rusiyalıya qarşı qadağa tədbirləri tətbiq etməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Agentlik qeyd edib ki, söhbət Rusiya Federasiyasının siyasətini dəstəkləyən vətəndaşlardan gedir. Qeyd edək ki, bu, artıq departamentin Ukrayna Xarici İşlər Nazirliyinə, Baş Prokurorluğuna və Təhlükəsizlik Xidmətinə göndərdiyi 22-ci siyahıdır. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, aktivlərinin bloklanması və sonuncuların Kiyevin xeyrinə geri alınması təklif edilir.

Beləliklə, yeni siyahıda tarixçi Feliks Razumovski, kinorejissor Nikita Mixalkov, estrada müğənnisi İrina Alleqrova, rok musiqiçiləri Valeri Kipelov və Aleksandr İvanov, Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Pavel Savçuk da var. Hazırda müvafiq siyahılarda 18,9 min fiziki və 4 min hüquqi şəxs var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...