Arayikin “qismən səfərbərlik” oyunu...

...Məzən olsun,..Arayik. Amma deyim ki, bu sənin üçün hazırkı “xətərdən” sovuşmaq üçün... əla tapıntıdır.

...Deyirəm, o gündən bəri neçə dəfə “qismən səfərbərlik” elan etmisən. Göz dəyməsin, erməni çağırışçılarının da ki, sayı bitib tükənmək bilmir. Xidmət yaşına çatan-çatmayan erməni gəncləri də,.. sonradan tuşonka oğrusu kimi tanınan general Manvel Qriqoryan demiş... həsrətlə xidmətə çağırılacaqları günü gözləyirlər.

Özləri də, söz veriblər ki, daha dezerterlik-filan olmayacaq. ...Hələ onu da deyim ki, hətta o vaxt imkan tapıb xaricə qaçan erməni gəncləri belə, guya gün ərzində bir neçə dəfə Arayiklə əlaqə saxlayıb “qismən səfərbərliyə” qatılmaq üçün “qayıtmaq istədiklərini” deyirlər.

Arayik də işin bu “zaqar vaxtında” canını qoymağa yer tapmır. Hətta neçə müddətdir ki, imkan tapıb, Rusiya paytaxtında aldığı təzə mənzilinə də baş çəkə bilmir. Evə oğru-quldurun girə bilməsindən nigarandır.

Amma buna baxmayaraq, imkan tapıb “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə çağırılan erməni gənclərin tərxis olunması haqqında “fərmanı” imzalaya bilib. Deyim ki, bu təkcə Arayik üçün yox, ümumiyyətlə Qarabağda qalan 10-15 minlik ermənilər üçün “böyük uğurdur”.

...Təbii ki, bu da başa düşüləndir. Çünki bu gün, az qala quduz itə dönən ermənilər...elə ermənilər arasında satqın axtarışına çıxıblar.

Odur, o gün dünənə qədər “qəhrəman” kimi qələmə verdikləri general Vitali Balasanyanı bu gün onlar azərbaycanlılara yalmanıb quyruq bulamaqda ittiham edirlər. Hətta dediklərinə görə, bu gün Vitali Balasanyan tək deyil. Deyilənə görə, ermənilər Vitalik kimi “satqın” çıxanlarla bağlı siyahı tərtib etməyə başlayıblar. Siyahı da ki, nə siyahı...artıq yazmağa yer qlmayıb.

...Deyirəm, nə bilmək olar, bəlkə də Arayiki elə qorxudan budur.

Amma Arayikə də deyən gərək...kimə gəlirsən, ə..? Məgər bu gün Qarabağda qalan beş-altı erməni dığasını çağırtdırıb bir-iki saatlıq ayaq döydürmək , səncə “qismən səfərbərlikdirmi”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...