Kubada neft zavodunda yanğın nəzarət altına alınıb

Avqustun 5-də yüksələn alov Karib dənizindəki ada dövlətinin əsas xam neft anbarının 40 faizini məhv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kubanın qərbində yerləşən Matanzas şəhərindəki sənaye zonasındakı xam neft anbarında ildırım vurması nəticəsində başlayan yanğın 5 günlük iş nəticəsində nəzarət altına alınıb.

Havadakı sıx tüstü Kuba tarixinin ən pis yanğını olaraq xarakterizə edilən hadisədən sonra səngidi və Karib hövzəsi ölkəsinin əsas xam neft anbarının 40 faizini məhv edərək elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb oldu.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə