Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınması dayandırılıb

Rusiyanın neft boru kəməri operatoru Transneft bu barədə məlumat yayıb.

“Rusiya neftini Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya çatdıran Drujba xəttinin cənub qolu üçün “Ukrtransnafta” şirkətinə qabaqcadan ödəniş edilməlidir.

Sözügedən xidmət üçün “Ukrtransnafta”ya edilən ödənişlər “Transneft”ə geri qaytarılıb. Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən ödənişlərdə belə problemlər yaşanır. “Ukrtransnafta” lazımlı ödənişlər reallaşmadığı üçün “Transneft”ə axışı dayandırıb və bu səbəbdən 4 avqustdan bəri Rusiya nefti Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya çatdırılmır. Şirkətin Drujba xəttinin digər qollarından neftin axışı davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus üzərindən Polşa və Almaniyaya axışlarda isə heç bir problem yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə