Braziliya Səhiyyə Nazirliyi meymun xəstəliyinə görə sanitar təhlükənin maksimum səviyyəsini elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS “Globo” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, təhlükənin maksimum səviyyəsi artıq ölkə daxilində infeksiyanın ötürülməsi hallarının qeydə alınması ilə bağlıdır. Bundan başqa, Braziliyada əhalinin meymun çiçəyinə qarşı peyvənd edilməsi üçün hazırlıq işləri belə görülmür.

Verilən qeyri-rəsmi məlumata görə, hazırda ölkədə 2,3 minə yaxın meymun çiçəyinə yoluxmuş xəstə nin olduğu ehtimal edilir. Yenə də qeyri-rəsmi məlumata görə, bu infeksiyadan ən azı bir ölüm halının da qeydə alındığı bildirilir.

Onu da qeyd edək ki, bundan əvvəl meymun çiçəyinə yoluxma hallarının ilk ikisi Qrenlandiyada qeydə alındığı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə