Keniyada prezident, parlament və yerli orqanlara seçkilər keçirilir

Şərqi Afrikanın ən böyük iqtisadi ölkəsi olan Keniyada bu gün prezident, parlament və yerli idarəetmə orqanlarına seçkilər keçirilir.

Sosial medialarda paylaşılan görüntülərə görə, səsvermə prosesi başlamazdan əvvəl seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Bəzi ərazilərdə isə səsvermə prosesi gecə başladığı üçün gərginliyə səbəb olub.

SİA xarici mənbədən əldə etdiyi məlumata görə, təxminən 22 milyon seçici ölkə üzrə 46 min seçki məntəqəsində səs verir. Səsvermə nəticəsində yeni prezident, 337 deputat, 67 senator və 47 qubernator seçiləcək.

Qeyd edək ki, Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. Konstitusiya ilə müəyyən edilmiş iki müddətlik məhdudiyyət səbəbindən hazırkı prezident Uhuru Kenyatta növbəti marafonda namizəd kimi iştirak edə bilmir.

Seçkiləri 18 minə yaxın yerli və beynəlxalq müşahidəçi izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə