Vitaliki utandıran “cəsur erməni qadını”...

“...Bizə mərkəzdə toplaşmaq tapşırılmışdı. Biz də toplaşdıq. Bir az keçmiş maşınların bizə yaxınlaşdığını gördük. Gələn Vitali Balasanyan idi. Bəli, “artsax” Təhlükəsizlik Şurasının katibi,.. həmən o “hökümlü” Vitali Balasanyan. Amma bu dəfə...deyəsən quzuya dönmüşdü. Deyən tək deyildi. Azərbaycanlı hərbçiləri müşayət edirdi. Hə, quzuya dönməyinin səbəbi indi məlum oldu.

Cəld olaraq maşından düşüb bələdçilik edən Vitali Laçinda azərbaycanlılara təhvil veriləcək evləri göstərib. Özü də əmin edib ki, guya sakinlərə tapşırılıb, evləri yandırmaq-filan olmayacaq”

Qeyd edək ki, bu barədə vaxtilə xaricdəki evindən aldadılıb Qarabağa gətirilən və indi gəldiyi üçün peşiman olan "Laçın sakini" Satik Asatryan “www.aravot.am” saytına müsahibəsində bildirib.

Satik Asatryan daha sonra deyib ki, biz Balasanyanı tanıya bilmirdik. Elə bil vaxtilə azərbaycanlılara "meydan oxuyan" Vitalik deyildi bu. İndi quzuya, özü də quzunun lap yzığına dönmüşdü.

Satikin dediyinə görə, bizim erməni qadınlar “çox cəsur” olurlar. Bu dəfə də onlardan biri Vitalikə yaxınlaşıb ona gözəl bir sual verdi. O dedi: “..sən nəinki bizim bütün torpaqlarımızı satmısan, həm də camaata heç bir ziyan vurmamağı tapşırmısan, nəyə görə?”

Yenə də Satikin dediyinə görə,.. bu dəfə “cəsur erməni qadınının” sualına cavab tapa bilməyən Vitalik başını aşağı salaraq gəldiyi maşına qayıtmaq üçün azərbaycanlı hərbçidən icazə istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə