Alt paltarı hərraca qoyuldu - ŞOK QİYMƏT

Daha əvvəl Las-Veqasda Lady Dominique təxəllüsü ilə çalışmış keçmiş striptizçi Kerri Reyxert şahzadə Harriyə məxsus olduğunu iddia etdiyi alt paltarlarını hərraca çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Reyxert alt paltar təkliflərinin 1 milyon dollara çatacağına ümid edir.

Alt paltarlar üçün təkliflər 10.000 ABŞ dollarından açılacaq. Yekun təklif 800.000 dolları keçərsə, qalibə 1996-cı il istehsalı olan 24 karatlıq qızılla örtülmüş Dom Perignon şüşəsi hədiyyə ediləcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə