“Yetmişdi hər yarağı, qalmışdı saqqal darağı...”

“Yetmişdi hər yarağı, qalmışdı saqqal darağı...”

Ramzandan həmişə gözlənilən kimi şad xəbər var.

Deyəsən, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov yenə vəzifəsinin öhdəsindən gələ bilmir.

Ona görə də,.. Ramzan xəbər verir ki, rus ordusu Soledardakı Knauf zavodunun əraziləri üzərində nəzarəti artıq ələ keçirib.

SİA “RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.

Beləliklə, İqor Konaşenkovdan fərqli olaraq Ramzan Kadırov xəbərləri necə ardıcıllıqla düzür. Diqqət yetirin: Rusiya hərbçiləri tədricən Ukrayna ərazisinin dərinliyinə doğru irəliləyirlər.

Kadırov daha sonra yazır ki, ukraynalı əsgərlər geri çəkilməyə və möhkəmləndirilmiş mövqelərini tərk etməyə məcburdurlar. O, rus qoşunlarının tezliklə Donetsk Xalq Respublikası üzərində nəzarəti bərqərar edəcəyinə əmin olduğunu bildirir.

Kadırov izah edib ki, Axmat xüsusi təyinatlılarının komandiri vəzifəsini icra edən ona Donbassdakı vəziyyət barədə videobağlantı vasitəsilə məlumat verib. O, Çeçenistan rəhbərinə Soledardakı Knauf zavodunun ələ keçirilməsi barədə məlumat verib. Eyni zamanda, Axmat xüsusi təyinatlı dəstəsi Luqansk Xalq Respublikası xalq milislərinin ikinci korpusu ilə birlikdə Luqansk Xalq Respublikası ərazisində Ukrayna ordusunun qalıqları ilə mübarizə aparır.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırovun Luqansk Xalq Respublikasının Qəhrəmanı titulunu aldığı bildirilirdi. Bu mükafatı ona LPR-nin rəhbəri Leonid Paseçnik şəxsən təqdim edib. (...necə deyərlər, yetmişdi hər yarağı, qalmışdı saqqal darağı-A.B.)

Təqdimat mərasimində LPR rəhbəri Ukrayna ordusu ilə qarşıdurmada göstərdikləri köməyə görə bütün Çeçenistan sakinlərinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, LPR və çeçen döyüşçülərinin birləşmiş qüvvələri “Ukrayna faşistləri”ni məğlub edə biləcək.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə