Rusiya aviaşirkətləri təyyarələri ehtiyat hissələri üçün sökür

Sanksiyaya məruz qalan Rusiya aviaşirkətləri, o cümlədən “Aeroflot”, digər laynerləri işlək vəziyyətdə saxlamaq üçün ehtiyat hissələrdən istifadə etmək məqsədilə təyyarələri sökməyə başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Reuters” aviasiya sənayesindəki dörd mənbəyə istinadən bildirir.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda Aeroflot donanmasına aid bir “Sukhoi Superjet 100” və “Airbus A350” təyyarələri sökülmək üzrədir. Eyni zamanda, mənbəyə görə, “Airbus A350” “demək olar ki, yenidir”.

Mənbələr həmçinin bir neçə “Boeing 737” və “Airbus A320” təyyarələrindən çıxarılan avadanlıqlar barədə məlumat veriblər. Daşıyıcı ondan bu modellərin qalan təyyarələri üçün istifadə etmək niyyətindədir.

Agentliyin məlumatına görə, bu addımlar Rusiya hökumətinin tövsiyələrinə uyğundur, ona əsasən, hava yolları şirkətləri qalan xarici istehsalı olan təyyarələrin ən azı 2025-ci ilə qədər istismarını təmin etmək üçün öz donanmasının bir hissəsini hissələrə ayıra bilər.

Xatırladaq ki, ABŞ administrasiyası hesab edir ki, sanksiyalara görə Rusiya 2025-ci ilə qədər kommersiya sferasında iştirak edən təyyarələrin üçdə ikisinə qədərinin fəaliyyətini dayandıracaq ki, onların hissələri digər təyyarələrin təmiri və texniki xidmətində istifadə olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...