Rusiyanın ən yaxşı helikopterçisi Ukraynada öldürülüb

Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərərsizləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Rusiya Hava-Kosmik Qüvvələrinin ən yaxşı helikopterçisi polkovnik Kleşşenkonun meyiti vurulmuş Ka-52 hərbi helikopterinin dağıntıları altındadır”, – məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilib ki, Kleşşenko ölkə ordusu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlanması üzrə 344-cü mərkəzin rəis müavini olub.

Bütün xəbərlər Facebook səhifəmizdə