XIII səfirlər konfransı Ankaradan başladı

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayıb

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, eləcə də konfransa qatılan Azərbaycanın diplomatik nümayəndə heyətin iştirakı ilə Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət edilib. Şəhid diplomatların ruhuna dualar oxunub, məzarları üstünə əklillər qoyulub. Sonra konfrans iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtkabiri ziyarət ediblər. Mavzoleyin önünə əklil qoyulandan sonra nazir Mövlud Çavuşoğlu “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Xatırladaq ki, xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri 1973-1984 illərdə erməni terror təşkilatları tərəfindən genişmiqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədyönlü şəkildə və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda çoxsaylı və ağır nəticələrə səbəb olan terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad edilib. Bəzi hallarda türk diplomatlara qarşı törədilən terror cinayətinin üstü açılmayıb. Təəssüf doğuran daha bir məqam odur ki, Ermənistan həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam edir.

Səfirlər konfransı Türkiyə və regionu maraqlandıran hadisələri, mövcud çağırışları və imkanları müzakirə etmək baxımından mühüm platformadır. Tədbir çərçivəsində aparılan müzakirələr xarici siyasət kontekstində daxili planlar hazırlamaq və qurumlararası koordinasiya yaratmağa töhfə verməklə yanaşı, xalq diplomatiyası baxımından da mühüm rol oynayır.

Qeyd edək ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın paytaxtda təşkil olunacaq hissəsi başa çatdıqdan sonra iştirakçılar Nevş

ehir və Kayseriyə hərəkət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə