Ukraynaya yardımın ardı gəlməkdədir...

Pentaqon Ukraynaya bir milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb

Pentaqon Ukraynaya bir milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb

ABŞ Ukraynaya bir milyard dollar məbləğində hərbi yardım edəcək.

SİA “Reuters”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü bildirib.

Bu yardım paketinə min “Javelin” tank əleyhinə sistem, yüzlərlə AT4 tank əleyhinə qumbaraatan və 50 zirehli tibbi maşın daxildir.

Bundan əlavə, Ukraynaya HIMARS MLRS üçün mərmilər, eləcə də 155 millimetrlik artilleriya üçün 75 min döyüş sursatı veriləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Loren Boybert Ukraynaya hərbi yardımın göstərilməsini tənqid edib. O, bildirib ki, Qərbin Kiyevə göndərdiyi hərbi yardımın böyük hissəsi ünvana çatmır. Ukraynaya lazım olan yerə getməyən tədarük haqqında Amerika sənədli filminə senator belə reaksiya verib.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə