Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs elan edilməsini alqışlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu xəbəri “İzvestiya” nəşri yayımlayıb.
...BMT rəhbəri bütün tərəfləri buna əməl etməyə çağırıb. Bunu isə Quterreşin sözçüsü Stephane Dujarric bildirib.
Onun sözlərinə görə, baş katib Misirin regionda sakitliyi bərpa etmək səylərini yüksək qiymətləndirib.
Bu arada, avqustun 8-nə keçən gecə İsrailin cənubunda mümkün raket hücumu barədə xəbərdarlıq edən həyəcan sirenləri işə düşüb. Bundan əvvəl “İslami Cihad” İsraillə atəşkəs razılaşmasını poza və Qəzza zolağından atəşi bərpa edə biləcəyini bildirib. Bu, İsrail hakimiyyətinin atəşkəsin şərtlərinə əməl etmədiyi təqdirdə baş verəcək. Belə olan halda İslami Cihad müqaviləni etibarsız sayacaq və mübarizəni yenidən bərpa edəcək.
Xüsusilə, hərəkat iki komandir Xəlil əl-Avad və Bassam əl-Sədinin həbsdən azad edilməsini istəyir. İslami Cihad və İsrail atəşkəsin avqustun 7-də yerli vaxtla saat 23:30-da qüvvəyə minəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB