Donbasda vəziyyət çox ağır olaraq qalır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib. "Donbasda vəziyyət çox ağır olaraq qalır. Ordumuz rus terrorunu dayandırmaq və işğalçılara ən böyük itkilər vermək üçün əlindən gələni edir. Donetsk vilayətinin Avdiivka, Peski, Marinka, Baxmutski və digər qaynar bölgələri əsas səyləri öz üzərinə götürür və,.. təəssüf ki, çoxlu sayda insan həyatını itirdi”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti işğalçı qüvvələrin cəmləşdirməyə çalışdığı Xarkov vilayətində və Ukraynanın cənubunda da vəziyyətin ağır olduğunu bildirib.
Yeri gəlmişkən, ölkənin “UNİAN” saytı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən avqustun 7-dən başlayaraq rusların bütün səylərini Luqansk və Donetsk vilayətlərinin ərazilərinə tam nəzarətin yaradılmasına, Xerson və onun hissələrinin ələ keçirilən rayonlarının saxlanmasına yönəltdiklərini bildirib.
Öz növbəsində, Xarici Əlaqələr üzrə Avropa Şurasının təhlükəsizlik üzrə eksperti Qustav Qressel hesab edir ki, Ukraynanın Donbass və Krımda rus qoşunlarına hücum etmək imkanı olduqda, cəmiyyət geri qayıtmaq üçün gənc vətəndaşları qurban verməyə hazır olması ilə bağlı müzakirələrlə üzləşəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB