Mardində “Eren Abluka-31” əməliyyatı başladı

Türkiyə Daxili İşlər Nazirliyinin yazılı məlumatına görə...
Mardində “Eren Abluka-31” əməliyyatı başladı

Türkiyənin Mardin rayonunda separatçı terror təşkilatı PKK-ya qarşı “Eren Ablukda-31” (Ərən Blokada-31) hərbi əməliyyatı başladı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Daxili İşlər Nazirliyinin yazılı məlumatına görə, terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və gizlənən terrorçuları zərərsizləşdirmək məqsədilə Mardin rayonunda “Eren Abluka-31 - (Mardin-Bagok) Şəhid Jandarma Çavuşu Əli Erdinç əməliyyatı”na başlanıldı.

Əməliyyatda 528 hərbçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə