İsrail və Fələstin Qəzzada atəşkəsə razılaşıblar

İsrail hakimiyyəti Misirin təklifi ilə Qəzza zolağında atəşkəsin bağlanmasına razılıq verib.

SİA “Reuters”a istinadən xəbər verir ki, Fələstin də buna müsbət cavab verib.

Qeyd edək ki, bundan bir müddət əvvəl Misir və İsrail “Yaxın Şərqdə sülhə yaxınlaşmaq” üçün bir sıra görüşlər keçirməyə razılaşıblar. Bundan sonra İsrail ordusu HƏMAS-ın silah zavoduna zərbə endirdiyini elan edib.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu arada, İsrailin baş naziri Yair Lapid ötən gün Qəzzada "İslami Cihad" terror hərəkatına qarşı "Sübh" hərbi əməliyyatının "lazım olduğu qədər davam edəcəyini" bildirib.

Bu gün verilən xəbərlərə görə, İsrailin Qəzza zolağına hücumları başlayandan bəri 203-dən çox fələstinli yaralanıb, 24 nəfər ölüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə