“İslam cihadı”n iki lideri öldürülüb

İsrail “İslam cihadı”n yüksək rütbəli komandiri Xalid Mənsurun öldüyünü açıqlayıb.

SİA bu barədə“Times of Israel”ə istinadən xəbər verir.

Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib.

Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.

Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə