"Mənim dövrümdə belə bir şey olmazdı”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının üzvü Nensi Pelosin Tayvana səfəri ilə Çinə hərbi münaqişəyə başlamaq üçün bəhanə verdiyini bildirib.

Onun sözlərinə görə, o, “xaos səpdi”, onun hərəkətləri kədərli nəticələrə çevriləcək.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” onun çıxışının RSBN saytında dərc olunan yayımına istinadən məlumat yayıb.

Tramp “dəli” adlandırdığı Nensi Pelosinin Tayvanda nə etdiyi ilə də maraqlanıb və bu qənaətə gəlib ki, amerikalı siyasətçi xanım Çinə uzun müddətdən bəri istədiyini verib.

Trampa görə, Çin bunu xəyal edirdi. Nensi isə onlara gözlədikləri bəhanəni verib.

Keşmiş prezident, “onun prezidentliyi dövründə belə bir şey olmazdı” deməyi də unutmayıb.

Yeri gəlmişkən, bu gün Tayvan boğazında vəziyyət gərginləşib. Belə ki, Çin avqustun 4-dən 7-dək yeni hərbi təlimlərə başladığını elan edib və Tayvana qarşı bir sıra sanksiyalar tətbiq edib. Bu arada Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi eyni zamanda bu səfərin bütün mənfi nəticələrinə görə Vaşinqton və Taypeyin məsuliyyət daşıyacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə