ABŞ-ın Rusiyadan əsas qorxusu...

Britaniyanın “The Economist” jurnalı yazır ki, Rusiya ilə NATO arasında nüvə mübadiləsinə səbəb olacaq birbaşa qarşıdurma riski Vaşinqtonu Ukraynaya hərbi dəstək verməkdə ehtiyatlı olmağa vadar edir.

Müəllifin fikrincə, Kiyevə daha ağır silahların verilməsi Qərbi və Rusiyanı nüvə müharibəsinə doğru sövq edə bilər. O, Ukraynanın müdafiə naziri Aleksiy Reznikovun onun üçün “mümkün olmayan” sözünün “gələcəkdə mümkün” mənasını verdiyini söyləyən sözlərini xatırladıb.

Nəşr qeyd edib ki, Qərb Ukraynanı əvvəlcə “Javelin” tank əleyhinə raketləri, sonra “Stinger” insanın daşıya biləcəyi hava hücumundan müdafiə sistemi (MANPADS) və HIMARS reaktiv yaylım atəşi sistemləri (MLRS) ilə təchiz edib.

Jurnalistin fikrincə, Qərb “görünməmiş çevikliklə” hərəkət edir.

“Ancaq Amerikanın ehtiyatlı davranmasının əsas səbəbi Rusiya qorxusudur. O, eskalasiyadan – Rusiyanın NATO-ya zərbə endirəcəyindən və ya Ukraynada kimyəvi və ya nüvə silahına əl atacağından qorxur.

Bu variantlardan hər hansı biri demək olar ki, ittifaqı Rusiya ilə birbaşa münaqişəyə gətirə bilər.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi ehtimalı ətrafında ritorikanın əsas mənbəyinin məsuliyyətsiz Qərb siyasətçiləri olduğunu, Rusiya bu cür hücumlara cavab verməyə məcbur olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...