Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Pence Kilit” əməliyyatı bölgəsində şəhid olmuş Ömür Ərtoğrul Sarının ailəsini ziyarət edib.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, ötən gün Kocaelidə bir sıra tədbirlərə qatılan Prezident orta məktəbin açılışından sonra şəhid Sarının ata evini ziyarət edib.

Ölkə rəhbəri Ömür Ərtoğrul Sarının ailəsi ilə görüşüb, şəhid üçün dua edib.

Səfərdə dövlət başçısını vitse-prezident Fuat Oktay və daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə