İranlı qadınlar daha reklama çəkilməyəcəklər...

Sosial şəbəkələrdə “dondurma reklamı”nın videosu yayılandan sonra İran qadınların reklam çarxlarına çəkilməsini, eləcə də bunun üçün qadın obrazlarından istifadə etməyi qadağan etmək qərarına gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadağa iranlı qadının maşına minib, sonra dondurma yediyini əks etdirən mübahisəli dondurma reklamı videosundan sonra “meydana gəlib”.

Necə deyərlər, “ya vəlvələdən, ya da ki, zəlzələdən”...amma reallıq budur ki, daha bundan sonra İran reklam lövhələrində gülümsəyən qadın şəkillərinin istifadəsi olmayacaq. Şünki qadağan olunur. Üstəlik, aktrisa və modellər artıq jurnal və qəzet səhifələrində, yemək və ya kosmetika reklamında görünə bilməzlər.

İranın “Mehr” agentliyinin xəəbərə görə, İranın müəyyən şəhərlərinin bələdiyyəsində reklam bazarındakı vəziyyətə nəzarət edəcək xüsusi şöbələr yaradılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə