Polşa Rusiyaya qarşı müharibəyə hazırlaşır?

“...Varşava militarist əhval-ruhiyyəsini böyük qonşusunun “qorxusu” ilə əsaslandırmağa çalışır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Amerika nəşri olan “19FortyFive”-nin şərhçisi yazır.

Məqalədə qeyd olunur ki, hazırlıq Polşanın silah almağa başlaması ilə göstərilir.

Xüsusilə, Cənubi Koreya ilə 1000 “K52” tankı, 600-dən çox haubitsa və “Fa-50” qırıcılarının bir neçə eskadrilyasının tədarükü üçün müqavilə imzalanıb.

Bundan əlavə, Varşava ABŞ-dan 119 ədəd işlənmiş “Abrams” tankı almağı da razılaşdırıb.

Bundan əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşçak Avropanın ən güclü quru ordusunun yaradılması məqsədini açıqlamışdı.

Yeri gəlmişkən, bir qədər əvvəl Polşanın Təhsil Nazirliyi səkkizinci sinif şagirdləri üçün məktəblərdə icbari atıcılıq dərslərinin tətbiq olunduğunu elan edib.

Burada maraqlısı bilirsiniz nədir? Yəni doğrudanmı bunları yazan rus saytları bütün bu olanlarda günahkar kimi Rusiyanı görmürlər?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...