Fәxrәddin Altun ‘‘Reuters’’ xәbәr agentliyinә müsahibә verib

Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun Rusiyanı görmәzdәn gәlәrәk Ukraynadakı müharibәnin sona çatmasının mümkün olmadığını bildirib.

Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun Rusiyanı görmәzdәn gәlәrәk Ukraynadakı müharibәnin sona çatmasının mümkün olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Fәxrәddin Altun deyib: ‘‘Həqiqət budur ki, bəzi dostlarımız müharibənin sona çatmasını istəmir, timsah göz yaşları tökürlәr”.

Türkiyә Prezidenti Rәcәb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündən əvvəl İngiltәrәnin ‘‘Reuters’’ xəbər agentliyinə müsahibә verәn Fәxrәddin Altun Rusiya-Ukrayna müharibәsi ilә bağlı әhәmiyyәtli mesajlar verib.

"Beynəlxalq ictimaiyyət Rusiyanı görmәzdәn gәlәrәk Ukraynadakı müharibəni sona çatdıra bilmәz. Diplomatiya və sülh hökm sürməlidir. Həqiqət budur ki, bəzi dostlarımız müharibənin bitməsini istəmir, timsah göz yaşları tökürlәr”,-deyә Fәxrәddin Altun vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə