“Onlar kağız üzərində götürülərr, biz isə yerdə...”

Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Ukrayna prezidenti Zelenskinin Rusiyanın 765 milyon dollarlıq aktivlərinə həbs qoyulması ilə bağlı bəyanatına cavab verib. O, Telegram kanalında Rusiya Federasiyasının silahlı qüvvələrinin Kiyev rejiminin əmlakının müsadirəsi ilə mübarizədə heç də az uğur qazanmadığını bildirb.

SİA bu barədə rus saytlarına istinad edir.

“Onlar kağız üzərində bizi əlimizdən alırlar, biz isə yerdəyik”, - deyə Medvedev vurğulayıb və əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna hakimiyyətinin cinayət yolu ilə əldə etdiyi əmlakı uğurla Rusiyanın mülkiyyətinə çevirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna hökuməti Rusiyaya məxsus 900-dən çox obyektin müsadirə edilməsi haqqında fərmanı təsdiqləyi bildirib.

Bundan bir müddət sonra isə Zelenski Rusiyanın daha 765 milyon dollarlıq aktivlərinin “Ukraynanın xeyrinə” müsadirə edilməsi barədə məlumat verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə