Moldova ucuz qaz xatirinə Rusiyaya güzəştə getməyəcək...

Moldova ucuz qaz xatirinə Rusiyaya güzəştə getməyəcək...

Moldova enerji müstəqilliyi uğrunda mübarizə aparır, ona görə də ölkə nümayəndələri ucuz qaz istəmək üçün nə güzəştə, nə də Rusiyaya getməyəcəklər.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu açıqlama ilə baş nazirin müavini, infrastruktur naziri Andrey Spinu çıxış edib. SİA bu barədə rus saytlarına istinad edir.

Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi bundan əvvəl “Moldovaqaz”ın təqdim etdiyi hesablamalara uyğun olaraq yeni qaz tarifini təsdiq edib. Belə ki, indi məişət istehlakçıları üçün tarif 23,6 faiz artaraq min kubmetr üçün 1100 dollar təşkil edib. Lakin “Moldovaqaz”ın rəhbəri Vadim Çeban iddia edir ki, yeni tarif qazın alınması və nəqli xərclərini ödəmir, bununla əlaqədar şirkət “Qazprom”dan avqust ayı üçün ödənişin təxirə salınmasını xahiş etməyə məcburdur.

“Sizcə, Moskvaya 10 dəfə getsək, vəziyyət dəyişəcək? Maia Sandu və ya mən Moskvaya daha 10 dəfə getsək? Vəziyyət yalnız müəyyən tələblər olduqda dəyişəcək. Tamaşaçılardan soruşmaq istəyirəm ki, onlar güzəştə getməyə hazırdırlarmı? İndi bizim müstəqillik uğrunda əsl mübarizəmiz var”, - Spinu bildirib.

Onun sözlərinə görə, ölkə enerji müstəqilliyi uğrunda mübarizəyə hələ hazır deyil, lakin qlobal böhran şəraitində onun çıxış yolu yoxdur.

Qeyd dək ki, bir gün əvvəl Moldovanın baş naziri Nataliya Qavrilitsa Rusiya Federasiyasına müəyyən siyasi güzəştə gedən ölkələrin Moskva ilə danışıqlar nəticəsində daha sərfəli qaz qiymətləri aldığını bildirib. Bununla belə, o vurğulayıb ki, Kişinyov qazın qısamüddətli qiymətinin aşağı düşməsi naminə ölkənin uzunmüddətli maraqlarını qurban verməyə hazır deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə