Belarus İnformasiya Nazirliyi Telegram-dan stikerlər dəstini ekstremist materialların reyestrinə daxil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sputnik Belarus” idarəyə istinadən xəbər verir.
Nəşr bildirir ki, burada söhbət Sasha 3faiz və Luka stiker dəstlərindən gedir. Minsk Mərkəzi Dairə Məhkəməsi 25 iyul 2022-ci ildə qərar çıxarıb. Bu, Belarusda Telegram stikerlərinin ekstremist material kimi tanınması ilə bağlı ilk hadisədir.
Xatırlayırıq ki, respublikada ekstremist kimi təsnif edilən Telegram kanallarına abunə olmaq üçün cinayət məsuliyyəti var. Bu pozuntuya görə maksimum cəza yeddi il həbsdir.
Ötən ayın əvvəlində Belarusda ekstremizmə cəlb olunduğuna və ya dövlətə ağır zərər vurduğuna görə ölkəni tərk etmiş hazırkı hakimiyyətin əleyhdarlarının vətəndaşlıqdan məhrum edilməsi imkanlarını müzakirə ediləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB