Rusiya və Türkiyə ticarəti artırmaq barədə razılığa gəliblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlardan sonra ticarət həcmini artırmaq, iqtisadiyyat və enerji sahələrində yarı yolda görüşmək, nəqliyyat, ticarət, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq üçün addımlar atmaq barədə razılığa gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iki liderin Kremlin rəsmi saytında dərc olunmuş birgə bəyanatında deyilir.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın dediyi kimi, Türkiyə Rusiya qazının dəyərini qismən rublla ödəyəcəyini vəd edib. İki ölkə liderləri də bu barədə razılığa gəliblər.

Bir daha xatırladaq ki, cümə günü, avqustun 5-də Rusiya və Türkiyə liderləri arasında dar tərkibdə ikitərəfli danışıqlar keçirilib. Liderlər beynəlxalq sabitliyə nail olmaq üçün Moskva və Ankara arasında etibarlı münasibətlərin əsas əhəmiyyətini müzakirə ediblər.

Görüş, deyildiyi kimi, dörd saatdan çox davam edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...