Kreml Putinin Ərdoğana gizli təklifi ilə bağlı məlumatı şərh edib

...Bu arada Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin danışıqlar zamanı bank, enerji və sənaye sahələrində Qərbin sanksiyalarından yan keçmək üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana gizli təklif irəli sürməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

“Söhbət ikitərəfli ticarət-iqtisadi əlaqələrin bütün spektrinin inkişaf perspektivlərindən gedirdi”, - deyə Rusiya liderinin mətbuat katibi bu məlumatın doğru olub-olmaması sualına cavab verib.

Yeri gəlmişkən, bundan əvvəl “The Washington Post” Putinin Ərdoğana gizli təklif etdiyi, yəni Ankaranın Moskvaya Türkiyədən neft emalı zavodları, neft terminalları və tanklardakı payları almağa icazə verməsi barədə yazıb. İqtisadçıların fikrincə, bu yolla neftin mənşəyini gizlətmək və Avropa İttifaqının neft embarqosundan yan keçmək mümkün olacaq.

Qeyd edək ki, cümə günü, avqustun 5-də Rusiya və Türkiyə liderləri arasında dar tərkibdə ikitərəfli danışıqlar keçirilib. Liderlər beynəlxalq sabitliyə nail olmaq üçün Moskva və Ankara arasında etibarlı münasibətlərin əsas əhəmiyyətini müzakirə ediblər.

Xatırladaq ki, görüş dörd saatdan çox davam edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...