Erməni “şərəfli”si ilə şərəfsizinin fərqi...

...Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərindən yan keçən yeni yolun tikintisi üzrə işləri başa çatdırır, bu layihə respublikanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr arasında ən mühümlərindən biridir.

Layihə çərçivəsində alt qatın genişləndirilməsi xüsusi texnika vasitəsilə aparılır. Torpaq işləri başa çatdırılmış ərazilərdə asfalt-beton örtüyü döşənir, yol cizgiləri çəkilir, yol nişanları və qoruyucu hasarlar quraşdırılır.

Yol çətin relyefli ərazidən keçdiyi üçün lazımi yerlərdə beton arxlar çəkilib, müxtəlif diametrli su boruları çəkilib. Uzunluğu 149,5 metr, eni 13,5 metr olan dörd aşırımlı avtomobil körpüsünün tikintisi başa çatdırılmışdır.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Laçın şəhərinin dolama yolunun tikintisinə 2021-ci ilin iyulunda başlanılıb, yolun ümumi uzunluğu 32 km-dir (bunun 10 km-i Ermənistandadır).

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Sazişin 6-cı bəndinə əsasən, üç il ərzində Rusiya sülhməramlılarının postlarının müvafiq olaraq yenidən yerləşdirilməsi ilə Laçından yan keçən alternativ dəhliz tamamlanmalıdır. Qeyd edim ki, bunu rus saytları yazırlar. Bəs...

...Ermənistan isə yolun öz hissəsinin tikintisinə bu ay başlamağı planlaşdırır. Qeyd edək ki, Azərbaycan ermənilərə Laçın dəhlizindən keçən marşrutun dəyişdirilməsi üçün ən çox sentyabrın 1-dək vaxt verib.

Qeyd edək ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan erməni saytlarına bildirib.

Maraqlıdır ki, o, Ermənistan XİN-in marşrutun dəyişdiriləcəyi təqdirdə yol rejiminin dəyişdirilməsi təhlükəsi ilə bağlı bəyanatını da xatırladıb.

Bəs, belə olan halda niyə bu müddət ərzində Ermənistan yeni tikinti ilə bağlı məsələ qaldırmayıb?

Qeyd edim ki, sualı Abramyan verir.

Abranyanın pərdəarxası adlandırdığı səlahiyyətlilər bu marşrutla, Laçın, Zabux və Susanın “transferi ilə razılaşsalar”(?) da, niyə bundan irəli gələn addımları atmadılar?

Nə qədər qəribə də olsa, “yolun Ermənistana məxsus hissəsinin çəkməyəcəyi təqdirdə, bunun böyük problemlər yaradacağını anlayaraq, tikməyiblər” - deyən erməni deputat əlavə edir ki, guya “Azərbaycanın Ermənistana təzyiqi zaman keçdikcə daha da artsa da lakin genişmiqyaslı müharibə ehtimalı azdır”.

Deyim ki, əgər bunu Ermənistan parlamentinin “şərəfli” fraksiyasından olan biri deyirsə, onda bunların şərəfsizlərindən nə gözləyəsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...