İngiltərədə tarixdə ilk dəfə istilər səbəbindən Temza çayının mənbələri quruyub

Anomal istilər səbəbindən Britaniyanın Temza çayının mənbələri tarixdə ilk dəfə quruyub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Guardian” nəşri yazır.

Ekoloji xeyriyyəçilik təşkilatı “Rivers Trust”ın sözçüsü Rob Collins nəşrə bildirib ki, uzun müddət davam edən isti və quru havadan sonra Qlosterşirdəki Temza çayının baş suları quruyub və indi “zəif axın aşağıdan beş mildən çox az görünür”.

Qeyd edək ki, istilik dalğası Britaniyaya iyul ayında baılayaraq gəlməyə başlayıb. Belə ki, hələ iyulun 19-da havanın temperaturu 40,3 dərəcəyə çatıb və qeyd edilməlidir ki, bu əvvəlki tarixi rekordun yenilənməsidir.

Bununla belə, sinoptiklər avqustun əvvəli üçün də xəbərdarlıq eiblər. Belə ki, cümə axşamı, avqustun 4-də meteorologiya idarəsi isti və quraq havanın təslim olmayacağını bildirib. Gələn həftə temperatur 35 dərəcəyə qədər yüksələ biləcəyi və havanın yağışsız olacağı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə