Qərbin gələcəyi böyük sual altındadır

Qərbin gələcəyi böyük sual altındadır

...Rusiya və ABŞ arasında danışıqlar aparılmasa, Ukraynaya heç vaxt sülh gəlməyəcək.

Qeyd edək ki, buna bənzər fikirləri Dallasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı zamanı Macarıstanın baş naziri Viktor Orban bildirib

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Qərblə bağlı danışan Orban Qərbin gələcəyinin “böyük sual” altında olduğunu bildirərək, bunu dünyanın bu hissəsində indiyə qədər görünməmiş böhranla əlaqələndirib.

"Dünya liderlərinin strategiyası münaqişə vəziyyətini gərginləşdirərək uzadır ki, bu da sülh şanslarını azaldır”.

Qeyd edək ki, bunu da Macarıstanın baş naziri deyib.

Qeyd edək ki, Viktor Orbanın bu fikirləri səsləndirməsi ilk dəfə deyil. Belə ki, bundan əvvəl də Rumıniyanın Bayle Tusnad şəhərində çıxış edən Orbanın Avropanın bu danışıqlarda vasitəçi ola bilməyəcəyini, onun bu “şansını əldən verməsi” ilə əlaqələndirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə