Rusiya Ukraynaya qarşı xüsusi əməliyyatların yeni mərhələsinə - kəşfiyyata başlayıb
Rusiyanın "yeni oyunu"..?

Rusiya Ukraynaya qarşı xüsusi informasiya əməliyyatlarının yeni mərhələsinə başlayıb, məqsədi əhali arasında panika yaratmaqdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Belə ki, Ukraynanın informasiya məkanında rusların vasitəsilə saxta məlumatlar kütləvi şəkildə yayılmağa başlayıb. Xüsusən də Yelenovkadakı terror aktından istifadə edən ruslar davamlı olaraq informasiya terroru və hədə-qorxu dolu xəbərlər yayımlayırlar. Təbii ki, məqsəd bəllidir: Ukrayna cəmiyyətində sabitliyi pozmaq və xalqı ruhdan salmaq.

Təcavüzkar etibarsız məlumatlar yayır və cəmiyyəti manipulyasiya etməyə, müharibə zamanı ölkədə sabitliyi poza biləcək hərəkətlərə sövq etməyə çalışır.

Hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı informasiya gigiyenasına çağırır.

Ukrayna məhbusların qaytarılması, dəyişdirilməsi, həmçinin xüsusi şəraitdə itkin düşənlərin axtarışı üçün əlindən gələni edir.

Yeri gəlmişkən qeyd edək ki, iyulun 29-na keçən gecə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Yelenovka şəhərinin keçmiş cəzaçəkmə müəssisəsinin ərazisində partlayış baş verib. Patlayış nəticəsində Azovstal zavodundan çıxarılan ukraynalı hərbi əsirlərin olduğu bina dağıdılıb.

Maraqlıdır ki, bundan yararlanan Rusiya tərəfi, partlayışdan dərhal sonra guya Ukrayna Silahlı Qüvvələrinin cəzaçəkmə müəssisəsini atəşə tutmaqda ittiham edib.

...Və atəş nəticəsində ölən, əslində isə ruslar tərəfindən öldürülən 50-dən çox ukraynalı müdafiəçinin ölümünü

Ukraynalıların ayağına yazmağa çalışıb.

Təbii ki, bu rusların Yelenovkadakı hərbi cinayətlərini gizlətməyə hesablanıb.

Ukrayna tərəfinin iddiasına görə, bundan əlavə bu Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmaq, onun silah təchizatını pozmaq məqsədi daşıyır.

Qeyd edək ki, yaşananların terror aktı olduğunu bildirən Ukrayna tərəfi BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin terror aktına dərhal reaksiya verməsini və müstəmləkə ərazisinə təftiş missiyasının göndərilməsini tələb edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə