“Üçlü memorandum”un alyansın digər üzvləri üçün məcburi öhdəliyi yoxdur"

“Üçlü memorandum”un alyansın digər üzvləri üçün məcburi öhdəliyi yoxdur"

Fransanın xarici işlər naziri Ketrin Kolonna Türkiyənin NATO-ya üzvlük müraciətlərinə dair İsveç və Finlandiya ilə imzaladığı “üçlü memorandum”un alyansın digər üzvləri üçün məcburi öhdəliyi olmadığını müdafiə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ketrin Kolonna İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ehtiva edən qanun layihəsinin qəbulundan əvvəl aparılan danışıqlarda Senatdan sonra Milli Assambleyada çıxış edib.

Fransanın xarici işlər naziri iki Skandinaviya ölkəsinin NATO-ya üzvlük prosesinə toxunaraq “üçlü memorandum” üçün “Qeyd etmək istərdim ki, memorandum Ankaranın qeyd-şərtlərini aradan qaldırmaq üçün faydalı olsa da, heç bir halda NATO və onun üzvləri qarşısında məcburi öhdəlik təşkil etmir” ifadəsini işlədib.

Bölücü terror təşkilatı PKK-nın Avropa İttifaqının (Aİ) hazırladığı terror siyahısında olduğunu, PKK üzvlərinin Türkiyədə və dünyanın başqa yerlərində hücumlar həyata keçirdiyini xatırladan Kolonna "Digər kürd qruplarını PKK-dan ayrı görürük, bu da bizim üçün əsas fərqdir" deyib.

Kolonna terror təşkilatı YPG/PKK-ya toxunaraq, Fransanın “bölgəni (İraq/Suriya) DEAŞ-dan xilas etmək üçün döyüşən “kürd döyüşçülərini” unutmayacağını” da qeyd edib.

Qeyd edək ki, Fransada Senatdan sonra Milli Assambleya da İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ehtiva edən qanun layihəsini qəbul edib.

Bununla da Fransa parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

Xatırladaq ki, NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO toplantısında Türkiyənin narahatlığını aradan qaldırmaq üçün “üçlü memorandum” imzalanıb.

“Üçlü memorandum”la Türkiyə ilk dəfə olaraq YPG/PKK-nın NATO sənədində yer aldığını açıqladı.

Xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 4-də verdiyi açıqlamada terror təşkilatı YPG/PKK-nın “üçlü memorandum”la ilk dəfə NATO sənədinə daxil edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə