Nigeriyada qatar xidmətləri dayandırılıb

Nigeriyada təhlükəsizlik problemlərinin artması səbəbindən ölkə üzrə qatar xidmətləri dayandırılıb.
Nigeriyada qatar xidmətləri dayandırılıb

Nigeriya Dəmir Yolu Şirkətinin (NRC) direktoru Fidet Oxiria verdiyi açıqlamada silahlı şəxslərin Koqi əyalətindəki Ajaokuta qatar stansiyasında sərnişinlərə hücum etdiklərini bildirib və təhlükəsizlik problemlərinin artması səbəbindən ölkə üzrə qatar xidmətlərinin müvəqqəti olaraq dayandırılması qərarına gəlindiyini qeyd edib.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Xatırladaq ki, Martın 28-də terrorçuların Kadunada qatar stansiyasına bombalı hücumu nəticəsində 8 nəfər həyatını itirdi, 46 nəfər yaralandı. Həmin hadisədən sonra paytaxt Abuca ilə Kaduna arasında qatar səfərləri dayandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə