Rusiya İranın peykini fəzaya buraxacaq

“Roskosmos”dan verilən açıqlamada bildirilib...
Rusiya İranın peykini fəzaya buraxacaq

Rusiya Federal Kosmik Agentliyi – “Roskosmos” İran peykinin fəzaya buraxılacağını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Roskosmos”dan verilən açıqlamada İranın “Xəyyam” adlı peykinin avqustun 9-da kosmosa göndəriləcəyi bildirilib.

İran peyki və Rusiyaya məxsus 16 kiçik peyk Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz 2.1b” raketi ilə orbitə buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə