Çin tamamilə mühasirəyə alınıb

Çin tamamilə mühasirəyə alınıb

Yerli vaxtla saat 12:00-da döyüş təyyarələri havaya qalxıb və raketlər atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin Tayvan ətrafında bu günə qədər ən böyük güc nümayişinə başlayıb. Çin mediası isə mühasirəni “Birləşmə üçün məşq” başlığı ilə təqdim edir. Çin beynəlxalq medianın "yer üzünün ən təhlükəli nöqtəsi" olaraq xarakterizə etdiyi Tayvan boğazında və adanın ətrafında canlı güllələrlə təlimlərə başlayıb.

Beynəlxalq xəbər agentliyi AFP Çinin Tayvana ən yaxın nöqtəsi olan Pinqtan adasından olan fotoşəkilləri dünyaya yayıb. Turistlərin də girdiyi kadrda səmada uçan Çin vertolyotları var.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə