Cinayətkar 117 ittihamı qəbul etməyib

Cinayətkar 117 ittihamı qəbul etməyib

ABŞ-ın İllinoys ştatında 4 iyul Müstəqillik Gününün qeyd edilməsi zamanı silahlı hücum təşkil edən Robert E. Krimo ona qarşı irəli sürülən 117 ittihamı rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ittihamlardan 21-i birinci dərəcəli qətldir.

Bu gün İllinoys ştatının "Lake County" məhkəməsində təxminən 10 dəqiqə davam edən məhkəmə iclasında Krimo özünü təqsirli bilməyib. Krimonun növbəti iclası noyabrın 1-nə təyin edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə