Diplomat və beynəlxalq təşkilatların əməkdaşları üçün mağazalar

Diplomat və beynəlxalq təşkilatların əməkdaşları üçün mağazalar

Rusiyada diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri üçün mağazalar açılacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,, Moskvada və Sankt-Peterburqda diplomatlar, konsullar, beynəlxalq təşkilatların əməkdaşları və onların ailə üzvləri üçün rüsumsuz ticarətlə məşğul olan mağazalar açılacaq. Bu barədə Rusiya hökumətinin qərarı dərc olunub.

Avqustun sonlarında açılacağı gözlənilən ticarət obyektlərində alkoqollu içkilər, tütün məmulatları, kosmetika, ətirlər, smartfonlar və saatlar satılacaq. Qiymətlər rubl, dollar və avro ilə göstəriləcək. Müştərilər mağazaya girərkən müvafiq sənədlər təqdim etməli olacaqlar.

Qeyd edək ki, sovet dövründə SSRİ-də “Beryozka” adlanan belə mağazalar fəaliyyət göstərirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə