ABŞ prezidenti Cozef Bayden Finlandiya və İsveçin NATO-ya daxil olması üçün protokolları imzalayacağını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda Bayden vurğulayıb ki, bu ölkələrin alyansa daxil olması “NATO-nun kollektiv təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, transatlantik tərəfdaşlığı da dərinləşdirəcək”.
Qeyd edək ki, bir müddət bundan əvvəl protokolların ratifikasiyası ABŞ Senatı tərəfindən təsdiqlənib. Bayden müvafiq sənədləri təsdiq etmək üçün iyul ayında Senata təqdim edib.
Onu da bildirək ki, müəyyən edilmiş prosedura uyğun olaraq, ratifikasiya birbaşa ABŞ prezidenti tərəfindən həyata keçirilir, lakin buna qədər Senat öz razılığını verməlidir.
Beləliklə, ABŞ qanunverici orqanları artıq NATO-nun genişlənməsini dəstəkləmiş 20-dən çox ölkədən biridir. Xatırladaq ki, hazırda alyansda 30 dövlət var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB