Yaponiyada anomal istilər davam edir

Yaponiyada anomal istilər davam edir

Yaponiyada anomal istilər səbəbiylə 7 min 116 adam xəstəxanalarda yerləşdirilib.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Yaponiyanın Meteorologiya İdarəsi həddindən artıq istilərin gələn həftəyə qədər davam edəcəyini açıqlayıb. Səlahiyyətlilər isə xalqı özlərini istidən qorumağa çağırıb.

Daxili İşlər və İnformasiya Nazirliyi yanında Yanğından Mühafizə və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə ölkə üzrə anomal istilərdən təsirlənən 7 min 116 nəfər müalicə altına alınıb. Qeyd edilib ki, isti hava səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı bir əvvəlki həftə ilə müqayisədə 3 min 77 artıb.

Dünən termometrlərin 39,5 dərəcə göstərdiyi ölkədə bu günə Kanto Koşin və Tokay bölgələrində maksimal temperaturun 38 dərəcə və ya yuxarı olacağı proqnozlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə